kriminal.az
İranda keçmiş iki nazir həbsə atıldı

İranda keçmiş Prezident İbrahim Rəisinin administrasiyasının iki naziri həbsə məhkum edilib.

Bu barədə Kriminal.Az "Azad İran" "Telegram" kanalına istinadla xəbər verir.

Məlumata görə, "Debş" çay şirkəti ilə bağlı işdə "ölkənin iqtisadi sisteminin pozulmasına yardım etmək" ittihamı ilə keçmiş sənaye və mədən naziri Reza Fatemi Əmin bir il və keçmiş kənd təsərrüfatı naziri Cavad Sadatinejad iki il müddətinə azadlıqdan məhrum edilib.

Top
0.052647113800049