Slovakiya Avropa İttifaqının (Aİ) martın 6-da keçiriləcək sammitində Ukraynaya maliyyə və hərbi yardımı təsdiqləyəcək qərarı bloklaya bilər.
Kriminal.Az "České noviny" (CTK) qəzetinə istinadən xəbər verir ki, bu barədə Baş naziri Robert Fitso bildirib.
O tələb edib ki, sammit zamanı Aİ liderləri Ukraynanı öz ərazisindən Slovakiya və digər Aİ ölkələrinə qaz tranzitini bərpa etməyə çağırsınlar. Siyasətçinin digər tələbi isə Aİ sammitinin kommünikesinə münaqişə zonasında dərhal atəşkəslə bağlı müddəanın əlavə edilməsidir.
Daha əvvəl məlum olmuşdu ki, Slovakiya hakimiyyəti Ukraynaya əvvəllər verilmiş hərbi yardımın qanuniliyi ilə bağlı araşdırma aparacaq.