Ağ Ev rəhbəri Donald Tramp Rusiya lideri Vladimir Putinin ona qarşı hörmətsizlik nümayiş etdirməsi fikri ilə razılaşmayıb.
Kriminal.Az-ın Rusiyanın NTV kanalına istinadla verdiyi məlumata görə, ABŞ lideri bunu öz təyyarəsinin göyərtəsində jurnalistlərlə keçirdiyi brifinq zamanı edib.
"The Washington Post" qəzetinin müxbiri bildirib ki, Putinin Ukraynanın işğalını davam etdirməsi ABŞ prezidentinə hörmətsizlikdir.
-Kim? Kim? - Tramp təəccüblə soruşub.
- Prezident Putin sizin orada sülh əldə etməyə çalışdığınız zaman Ukraynanı işğal etməklə sizə qarşı hörmətsizlik göstərir, - deyə jurnalist fikrini təkrarlayıb.
- O nə edib? - deyə ABŞ prezidenti soruşub.
- O, Ukraynanı işğal edir, - deyə jurnalist cavab verib.
- O, mənə hörmətlə yanaşmır?... Harada işləyirsiniz? - deyə Tramp jurnalistdən soruşub.
- Maykl Börnbaum, "Washington Post", - deyə jurnalist özünü təqdim edib.
- Siz mənim etimadımı itirdiniz. Davam edək, - deyərək Tramp digər suallara keçib.