kriminal.az
Senator Qrem:

"Ukraynaya yardımın dayandırılması Vaşinqton üçün ABŞ qoşunlarının 2021-ci ildə Əfqanıstandan çıxarılmasından daha pis nəticələrə gətirib çıxaracaq".

Kriminal.Az-ın xəbərinə görə, bu barədə ABŞ-nin Cənubi Karolina ştatından olan, respublikaçı senator Lindsi Qrem "Fox News" telekanalının efirində danışıb.

"Ukraynaya yardım etməyi dayandırsaq, bu, Əfqanıstandan da pis olacaq", - deyə Qrem bildirib.

Senator etiraf edib ki, kəşfiyyat məlumatlarının və silahların Kiyevə verilməsinin azaldılmasından narahatdır.

O həmçinin qeyd edib ki, tərəflər öz iqtisadiyyatlarını inteqrasiya etməyə çalışırlar.

"Biz əmin olmağa çalışırıq ki, Ukrayna ABŞ iqtisadiyyatı üçün dəyərə malikdir və bu vəziyyətdən uduzmayacağıq", - deyə Qrem əlavə edib.

Top
0.052813053131104