Amerikalı sahibkar İlon Mask "X" sosial şəbəkəsində bəyan edib ki, Polşanın xarici işlər naziri Radoslav Sikorski milyarder Corc Sorosun əlaltısıdır.
Kriminal.Az xəbər verir ki, İ.Mask bu bəyanatı polşalı siyasətçi ilə Ukraynada "Starlink" sisteminin söndürülməsinə dair məlumatlarla bağlı mübahisə fonunda verib.
Sosial şəbəkə istifadəçilərindən biri təxmin edib ki, R.Sikorski və C.Soros dostdurlar. "Bəli, o, Sorosun əlaltısıdır" , - deyə İ.Mask cavab verib.
Xatırladaq ki, İ.Mask "X" sosial şəbəkəsində R.Sikorski ilə mübahisə edib. İş adamı polşalı diplomatı kiçik adam adlandırıb və ondan susmasını tələb edib.
R.Sikorski qeyd edib ki, "Starlink" peyk rabitə sistemi Polşanın Rəqəmsallaşma Nazirliyi tərəfindən 50 milyon dollara maliyyələşdirilir. Onun sözlərinə görə, "SpaceX" etibarsız təchizatçı olduğunu sübut etsə, Varşava başqalarını axtaracaq.