kriminal.az
Marko Rubio:

ABŞ-nin dövlət katibi Marko Rubio Ukrayna nümayəndə heyəti ilə danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanına gedən təyyarədə jurnalistlərə bildirib ki, Ukrayna münaqişənin dayandırılması haqqında istənilən razılaşma çərçivəsində Rusiyanın 2014-cü ildən etibarən ələ keçirdiyi ərazini güzəştə getməli olacaq.

Kriminal.Az xəbər verir ki, bu barədə "The New York Times" məlumat paylaşıb.

M.Rubionun sözlərinə görə, ukraynalılar və rusiyalılar bu münaqişəyə son qoymaq üçün çətin şeylər etməli olacaqlar.

Dövlət katibi potensial razılaşmanın bütün planını açıqlamaqdan imtina edib, lakin eyham vurub ki, hər iki tərəf bu vəziyyətin hərbi həllinin olmadığını başa düşməlidir.

Top
0.052107095718384