ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Donald Tramp administrasiyasının federal hökumətin xərclərini azaltmaq planlarına baxmayaraq, büdcə vəsaitlərini qolf sahələri üzrə işlərə xərcləyir.
Kriminal.Az xəbər verir ki, bu barədə "The Intercept" portalı yazır.
Portalın məlumatına görə, Pentaqonun 145-ə yaxın qolf meydançası var.
Portal iddia edir ki, nazirlik son onilliklər ərzində qolf sahələrinə yüz milyonlarla dollar sərmayə qoyub.
Daha öncə "" portalı yazmışdı ki, Donald Trampın Floridadakı qolf sahələrində keçirdiyi asudə vaxt amerikalı vergi ödəyicilərinə onun yanvarın 20-də Ağ Evə qayıtmasından etibarən 18 milyon dollardan çox vəsaitə başa gəlib.
Portalın hesablamalarına görə, D.Tramp bu müddət ərzində Florida ştatındakı iki qolf klubunda 13 gün keçirib.
Bildirilir ki, ilk prezidentlik müddətində D.Trampın qolf oyunları zamanı təhlükəsizliyinin təmin edilməsi üçün xərclər 151.1 milyon dollar təşkil edib.