kriminal.az
ABŞ kanadalıları qeydiyyatdan keçməyə məcbur edəcək

ABŞ hökuməti ölkə ərazisində 30 gün və daha çox qalan Kanada vətəndaşları üçün məcburi qeydiyyat tətbiq edəcək.

Kriminal.Az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti Kanada məmurlarına istinadən məlumatı yayıb:

"ABŞ ölkəyə 30 gün və daha çox müddətə gələn kanadalıların hakimiyyət orqanlarında qeydiyyatdan keçməsini tələb edən qanunu tətbiq etməyə başlayacaq".

Qeyd edilir ki, ABŞ hökuməti artıq Kanada nümayəndələrinə müvafiq bildiriş göndərib.

Top
0.055267095565796