"L'Oreal" şirkəti kremlərin kanserogen kimi tanınan benzolla çirklənməsindən ehtiyat edərək ABŞ-də sızanaqlara qarşı "Effaclar Duo" kremlərin bütün partiyalarını geri çağırır.
Bu barədə Kriminal.Az "Bloomberg"ə istinadən xəbər verir.
"La Roche-Posay" brendi altında satılan "Effaclar Duo" kremi benzoil peroksid tərkibinə malikdir. Bu məhsul bakteriyaları öldürür və sızanaqların müalicəsinə kömək edir.
Müəyyən şəraitdə benzoil peroksid parçalana və leykoz törədə biləcək benzol əmələ gətirə bilər.
"L'Oreal" şirkətindən bildiriblər ki, testlər nəticəsində məhsulun bir partiyasında "çirkləndiricinin izi" aşkarlanıb. Buna görə də "Effaclar Duo" kremlərini satışdan geri çağırmaq qərarı verilib.