ABŞ Ədliyyə Nazirliyinin əməkdaşı aktyor Mel Gibsona odlu silah lisenziyası verilməsinə etiraz etdiyi üçün işdən qovulub.
Kriminal.Az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.
Əvvəllər nazirlikdə əfv üzrə hüquqşünas kimi işləmiş Elizabet Oyer qəzetə bildirib ki, heç bir izahat verilmədən işdən çıxarılıb. Lakin o, işdən çıxarılmasının mövqeyi ilə bağlı olduğunu düşünür.
Donald Trampa rəğbəti ilə tanınan Mel Gibson 2011-ci ildə məişət zorakılığında günahını etiraf etdikdən sonra odlu silah lisenziyasından məhrum edilib. Tramp onu Kaliforniya ştatının Hollivudda xüsusi elçisi təyin edib.
Aktyorun Mərkəzi Kəşfiyyat İdarəsinin yeni direktoru Keş Patelin yanında görünməsinə baxmayaraq, Oyer lisenziyanın bərpasına qarşı çıxmağa davam edib. Bir neçə gündən sonra o, işdən çıxarıldığına dair bildiriş alıb. Elizabet Oyerin verdiyi məlumat Ədliyyə Nazirliyindən iki mənbə tərəfindən tam təsdiqlənib.