ABŞ Prezidenti Donald Tramp 12 martdan etibarən Kanadanın polad və alüminiumunun ABŞ-yə tədarükünə tətbiq ediləcək qərarından imtina edib.
Kriminal.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Kuş Desay məlumat verib.
"Prezident Tramp 50%-lik rüsumlar tətbiq etmək üçün icra səlahiyyətlərindən istifadə etməklə hədələdikdən sonra, Kanadanın Ontario vilayətinin başçısı Daq Ford ABŞ-nin ticarət naziri Hovard Latnik ilə söhbətində elektrik enerjisi ixracına tətbiq etməyi planlaşdırdığı 25%-lik rüsumlardan imtina etdiyini bildirib", - deyə o söyləyib.
Desay Ağ Ev rəhbərinin əvvəlki sərəncamlarına uyğun olaraq, Kanada və digər ticarət tərəfdaşları üçün polad və alüminiuma tətbiq olunan 25%-lik rüsumların heç bir istisna və güzəşt olmadan 12 mart gecə yarısı qüvvəyə minəcəyini vurğulayıb.