kriminal.az
Türkiyədə orta əsrlərdən qalan insan mumiyasını satmaq istəyən şəxslər saxlanılıb

Türkiyənin Niğden rayonunun Bor bölgəsində orta əsrlərə aid mumiyanı satmaq istəyən altı nəfər saxlanılıb.

Kriminal.Az bu barədə Türkiyə KİV-nə istinadən xəbər verib.

Türkiyə hüquq-mühafizə orqanlarının əməliyyatı nəticəsində balzamlanma vasitəsilə çürüməkdən qorunmuş insan cəsədi aidiyyəti üzrə təhvil verilib.

Saxlanılan altı nəfər barəsində isə cinayət işi açılıb.

Top
0.052150011062622