"Moskva ABŞ və Ukrayna arasında danışıqlardan sonra verilən bəyanatları diqqətlə araşdırır".
Kriminal.Az-ın "Kommersant" nəşrinə istinadən xəbərinə görə, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna ilə 30 günlük atəşkəs məsələsinə dair münasibət bildirərkən deyib.
Peskov Kiyevin razılaşdığı 30 günlük atəşkəs məsələsində tələsməməyə, hadisələri qabaqlamamağa çağırıb.
"Baxın, siz bir az qabağa gedirsiniz, biz bunu etmək istəmirik. Ötən gün mətbuata açıqlama verən Rubio da, Uolts da bəyan etdilər ki, müxtəlif diplomatik kanallar vasitəsilə Ciddədə baş tutan danışıqların mahiyyəti barədə bizə ətraflı məlumat verəcəklər. Bax, əvvəlcə bizə bu məlumatlar daxil olmalıdır. Həmçinin bu günlərdə bizim amerikalılarla da təmaslarımız planlaşdırılıb ki, bu təmaslar zamanı artıq tam şəkildə məlumat alacağımıza ümid edirik", - deyə Dmitri Peskov qeyd edib.