ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin 24 saat ərzində sülh yolu ilə həllinə nail olacağı barədə bəyanatlarının qismən sarkastik olduğunu bildirib.
Kriminal.Az xəbər verir ki, o bunu "Full Measure" proqramına müsahibəsində müvafiq sualı cavablandırarkən deyib.
"Bunu edəcəyimi deyəndə bir qədər sarkastik idim. Əslində hesab edirəm ki, həllə nail ola bilərəm, güman edirəm ki, bu məsələdə uğurlu olacağam" , - deyə ABŞ lideri vurğulayıb.