kriminal.az

"SpaceX" şirkətinin dördnəfərlik ekipajdan ibarət çoxdəfəli "Crew Dragon" kosmik gəmisi şənbə günü Beynəlxalq Kosmik Stansiyaya (BKS) doğru start götürüb.

Kriminal.Az-ın məlumatına görə, bu barədə NASA məlumat yayıb.

Gəmi ilə birlikdə "Falcon 9" daşıyıcı raketinin buraxılışı Floridada Kanaveral burnundakı Kennedi adına Kosmik Mərkəzin 39A start kompleksindən ABŞ-nin Şərq sahili vaxtı ilə cümə günü saat 19:03-də (Bakı vaxtı ilə şənbə günü saat 03:03-də - red.) həyata keçirilib. Buraxılışdan təxminən 10 dəqiqə sonra gəmi raketin ikinci pilləsindən ayrılıb və BKS-ə doğru müstəqil uçuşa başlayıb, onunla birləşmə təxminən 14.5 saat sonra nəzərdə tutulur.

"Crew-10" ekipajına "Roskosmos"un kosmonavtı Kirill Peskov, NASA astronavtı Ann Makleyn (komandir), Nikol Ayers və Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinin (JAXA) astronavtı Takuya Onişi daxildirlər.

"Crew Dragon" gəmisi ilə "Falcon 9"un buraxılışı martın 12-də baş tutmalı idi, lakin starta bir saatdan az vaxt qalmış uçuş . Buna səbəb raketin yerüstü dəstək sıxacının hidravlik sistemində yaranan problem olub.

Hazırda BKS-də işləyən NASA astronavtları Nik Heyq, Butç Uilmor və Suni Uilyams, həmçinin "Roskosmos" kosmonavtı Aleksandr Qorbunovdan ibarət "Crew-9" ekipajı "Crew-10"un gəlişindən bir neçə gün sonra, gəmilərinin Floridanın sahilində suya enəcəyi ərazidəki hava şəraitindən asılı olaraq, Yerə qayıtmalıdır.

Top
0.054396867752075