ABŞ Prezidenti Donald Trampın Vaşinqton yaxınlığındakı Endryus hərbi aviabazasında jurnalistlərə müsahibəsi zamanı maraqlı məqam yaşanıb.
Bu barədə Kriminal.Az TASS-a istinadən xəbər verir.
Məlumata görə, Ağ Evin qadın telejurnalisti mikrofonu Trampa uzadarkən o, prezidentin üzünə dəyib.
"O (jurnalist qadın - red.) elə indicə bu axşamın ən böyük xəbəri oldu. Siz bunu gördünüzmü?" - deyə Ağ Evin rəhbəri hadisəni təbəssümlə şərh edib.