kriminal.az
ABŞ-də qasırğa onlarla can aldı

ABŞ-də tüğyan edən güclü qasırğa nəticəsində ölənlərin sayı 33 nəfərə çatıb.

Bu barədə Kriminal.Az "ABC News" telekanalına istinadla xəbər verir.

Məlumatda deyilir: "Ümumilikdə ölkə üzrə qasırğadan ən azı 33 ölüm faktı qeydə alınıb".

Bildirilir ki, bu ölümlərin 15-i tornado ilə əlaqədardır.

Qasırğa Arkanzas, İllinoys, İndiana, Kentukki, Missisipi, Missuri və Texas ştatlarında müşahidə olunur. Təbiət hadisəsi 138 milyon insanın həyatına təhlükə yaradır. Dağıdıcı küləyin sürəti saatda 130 kilometrə çatır.

Top
0.068163871765137