kriminal.az
Şimali Makedoniyada gecə klubunda yanğın: 50-dən çox ölü, xeyli yaralı var

Şimali Makedoniyanın Koçani şəhərində konsertin keçirildiyi gecə klubunda baş vermiş yanğın zamanı 53 nəfər ölüb.

Bu barədə Kriminal.Az MIA dövlət agentliyinə istinadla xəbər verir.

İlkin məlumata görə, 100-dən çox yaralı var.

Ehtimal olunur ki, yanğın pirotexnika səbəbindən başlayıb. Ümumilikdə kllubda 1 500-ə yaxın insan olub.

Təsdiq edilməmiş məlumata görə, konsertin keçirildiyi gecə klubunun sahibi saxlanılıb.

Baş nazir və hökumət üzvləri hadisə yerinə gediblər.

Hadisə ilə bağlı digər təfərrüat verilmir.

Top
0.060971021652222