kriminal.az
Hələb aeroportu fəaliyyətini bərpa edir

Hələb hava limanında təmir işləri başa çatdığından sabahdan etibarən uçuşlar bərpa olunacaq.

Kriminal.Az xəbər verir ki, bu barədə TRT telekanalı məlumat yayıb.

Qeyd olunur ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tapşırığına əsasən, son üç ayda hava limanında mövcud olan avadanlıq və zəruri sistemlərdəki çatışmazlıqların müəyyən edilərək aradan qaldırılması istiqamətində işlər aparılıb.

Hələb aeroportunun Suriyada hakimiyyət dəyişikliyi zamanı ciddi zərər gördüyü bildirilir.

Top
0.054037094116211