kriminal.az
ABŞ husilərə şərt qoydu

"Husilər öz hücumlarını həyata keçirməkdən imtina edərlərsə, ABŞ onlara qarşı əməliyyatı dayandırmağa hazırdır".

Kriminal.Az TASS-a istinadla xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell deyib.

Onun sözlərinə görə, husilər bütün bunların nə vaxt qurtaracağını müəyyənləşdirə bilərlər: "Lakin həmin vaxta qədər ABŞ-nin əməliyyatı güzəştsiz şəkildə davam edəcək".

Bu arada ABŞ ordusunun Yəməndə husilərin nəzarəti altında olan Hudeydə vilayətinə hava hücumu nəticəsində metallurgiya zavodu dağıdılıb.

Top
0.052608966827393