kriminal.az
Terrorçular Somali prezidentinin kortejini partlatdılar

Somali Prezidenti Həsən Şeyx Mahmudun korteji ölkənin paytaxtı Moqadişoda, prezident sarayının yaxınlığında partladılıb.

Kriminal.Az-ın xəbərinə görə, bu barədə yerli KİV məlumat verib.

Prezidentin vəziyyəti ilə bağlı hələlik məlumat yoxdur.

Hücuma görə məsuliyyəti "Əş-Şəbaab" sələfi terror qruplaşması öz üzərinə götürüb.

69 yaşlı Mahmud 2022-ci ildə ikinci müddətə yenidən prezident seçilib. Bundan əvvəl o, 2012-2017-ci illərdə prezident olub.

Onun hökuməti tez-tez korrupsiyaya görə tənqid olunsa da, Mahmud radikal terror qruplaşmalarına qarşı mübarizəyə çox vaxt və resurslar ayırmaqla tanınır.

Top
0.051753044128418