kriminal.az
İranın husilərə hərbi yardım göstərməsi ilə bağlı yeni məqamlar üzə çıxıb

İranın "Ənsar Allah" (husilər) qruplaşmasına hərbi yardım və dron göndərməsi ilə regionda gərginliyin artdığı bir vaxtda, ölkədən husilərə təhvil verilən silahlar açıqlanıb.

Kriminal.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, hərbi yardıma kəşfiyyat dronları - "Qasef-1/Qasef-2", "Samad-2", "Samad-3", "Samad-4", "Shahed-129", "Shahed-136/131", "Mohajer-6" daxildir.

Eyni zamanda, silahlar arasında dəniz və gəmi əleyhinə dronlardan "Shahed-141", "Karrar UCAV", pilotsuz suüstü vasitələr, yer-hava raketləri "Sayyad-2", "Bavar-373" və tank əleyhinə raketlərdən "Dehlavieh" və "Tosan-1" yer alır.

Top
0.055669069290161