kriminal.az
Tramp:

ABŞ Prezidenti Donald Tramp İlon Maskın "Tesla" şirkətinin avtomobillərini, diler mərkəzlərini və enerjidoldurma məntəqələrini dağıdan hücumçuları terrorçu hesab etdiyini bildirib.

Kriminal.Az xəbər verir ki, o, bu barədə "Fox News" telekanalına müsahibəsində bildirib.

Trampdan bu cür hadisələri məişət terroru hesab edib-etmədiyini soruşduqda, "Əlbəttə, belə hesab edirəm" cavabını verib.

Eyni zamanda, Tramp vandalizm aktları törədən insanların arxasında onun siyasi rəqiblərinin dayandığına əminliyini ifadə edib.

ABŞ liderinin sözlərinə görə, günahkarlar tutulduqda məlum olacaq ki, onları solçu siyasi qüvvələrin nümayəndələri maliyyələşdirir. O, Maskı vətənpərvər və ağıllı insan adlandırıb.

Top
0.055088996887207