"İsrail Ordusu Qəzza zolağı daxilində quru əməliyyatlarını bərpa edib və anklavın mərkəzi hissəsində yerləşən Netsarim dəhlizini nəzarətə alıb".
Kriminal.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Kats məlumat verib.
"Son sutka ərzində İsrail Ordusu təhlükəsizlik zonasını genişləndirmək, zolağın şimal və cənubunda qismən bufer zona yaratmaq məqsədilə Qəzza zolağının mərkəzi və cənubunda məqsədyönlü quru əməliyyatlarına başlayıb. Bu əməliyyat çərçivəsində İsrail qüvvələri Netsarim dəhlizinin mərkəzi hissəsinə qədər olan əraziləri növbəti dəfə nəzarətə götürüb. Tezliklə Qəzzada döyüş əməliyyatları zonasından əhalinin təxliyəsi başlanacaq", - o bildirib.