"Telegram" indi 1 milyarddan çox aylıq aktiv istifadəçiyə malikdir və dünyada ən populyar mesajlaşma proqramları arasında sırf Çinə məxsus "WeChat" istisna olmaqla ikinci yeri tutur".
Kriminal.Az xəbər verir ki, bunu öz sosial şəbəkə səhifəsində "Telegram"ın qurucusu Pavel Durov yazıb.
"İstifadəçi məmnunluğu da artır. Ortalama olaraq, hər bir istifadəçi "Telegram"ı gündə 21 dəfə açır və hər gün tətbiqdə 41 dəqiqə keçirir. Eyni zamanda, gəlirlərimiz kəskin şəkildə artıb: 2024-cü ildə 547 milyon dollar mənfəət əldə edilib.
Qarşımızdakı hədəf "WhatsApp"dır - "Telegram"ın ucuz bir təqlidi. İllərdir onlar bizi yavaşlatmaq üçün milyardlarla dollar xərcləyərək lobbiçilik və PR kampaniyaları ilə yeniliklərimizi təqlid etməyə çalışırlar. Onlar uğursuz oldular. "Telegram" böyüdü, gəlirli oldu və rəqibimizdən fərqli olaraq müstəqilliyini qorudu", - Durov qeyd edib.