Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib ki, təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı səs silahı istifadə etməsi ilə bağlı məlumatlar təsdiqlənərsə, o istefa verəcək.
Kriminal.Az xəbər verir ki, dövlət başçısı bunu "TV Pink" telekanalının efirində deyib.
"Mən sizə indi açıq şəkildə deyirəm - əgər bizim qüvvələrimiz səs silahı, "Qasırğa" istifadə ediblərsə, necə deyirlər, onda mən artıq prezident deyiləm. Siz aciz yalançılarsınız, utanmalısınız", - deyə serb lideri bildirib.
Qeyd edək ki, səs silahının istifadəsi ilə bağlı iddianı Serbiyanın keçmiş Baş Qərargah rəisi və müxalifət liderlərindən biri Zdravko Ponoş irəli sürüb. Onun sözlərinə görə, 15 mart tarixində Belqradda keçirilən aksiyada 15 dəqiqəlik sükut zamanı polis guya bu cihazdan istifadə edib. Nəticədə, etirazçıları narahat edən səs-küy yaranıb.