Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs üçün İsrail tərəfdən yeni təkliflər alıb, lakin onları hərbi əməliyyatların dayandırılması üçün zəmanət hesab etmir.
Kriminal.Az TASS-a istinadən xəbər verir ki, bu barədə radikalların nümayəndəsi Əbdül Rəhman Şədid məlumat verib.
"Biz öz tərəfimizdən İsrailin imzalanmış sazişə əməl etməsini zəruri hesab etdiyimizi bildirdik", - deyə o qeyd edib.
HƏMAS rəsmisi İsrailin yeni təkliflərinə konkret olaraq nələrin daxil olduğu barədə ətraflı məlumat verməyib.