kriminal.az
İtaliyada tamamilə süni intellekt tərəfindən yazılan qəzet buraxılıb

İtaliyanın "Il Foglio" qəzeti məqalələr, başlıqlar və ironik ifadələr də daxil olmaqla bütün materialların neyron şəbəkəsi tərəfindən yazıldığı eksperimental nömrə dərc edib.

Oxu.Az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Qeyd olunur ki, "Il Foglio AI" adlanan bu nümunə dünyada tamamilə süni intellektdən istifadə etməklə yaradılmış ilk nümunədir.

Qəzetin baş redaktoru Klaudio Çeraza izah edib ki, eksperimentin məqsədi süni intellekt texnologiyalarının müasir jurnalistikaya təsirini nümayiş etdirməkdir. Çerazanın sözlərinə görə, layihədəki jurnalistlər yalnız süni intellektə suallar verib və cavabları yoxlayıblar, neyron şəbəkə isə açıq-aşkar qrammatik səhvlərin olmadığı məqalələr hazırlayıb.

Dörd səhifəlik nəşr çap və onlayn formada mövcuddur. Burada ənənəvi jurnalistikanı xarakterizə edən şəxsi fikirlər, dərin təhlillər və ya canlı müsahibələr yoxdur. Materiallar insanlardan birbaşa sitatların gətirilmədiyi, aydın və başa düşülən məqalələrdən ibarətdir.

Top
0.055536985397339