"ABŞ-də əcnəbi sərmayədarlar üçün ölkə ərazisində yaşamaq hüququ verən sənəd "Trump card" adlana bilər".
Oxu.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Fox News" teleşirkətinə müsahibəsində deyib.
Ağ Evin rəhbəri vurğulayıb ki, bu kartın satışından əldə edilən vəsait ABŞ-nin 36 trilyon dollar həcmində olan milli borcunun ödənilməsinə yönəldiləcək:
"Ölkə ərazisində yaşamaq hüququ verən sənədin beş milyon dollara satılması nəzərdə tutulub".