Portuqaliya Prezidenti Marselu Rebelu de Souza ölkə Assambleyasının (birpalatalı qanunverici orqanın) buraxılması haqqında fərman imzalayıb.
Oxu.Az bu barədə TASS agentliyinə istinadən xəbər verir.
"Prezident Assambleyanın buraxılması və mayın 18-nə qanunverici orqana seçkilərin təyin edilməsi haqqında fərman imzalayıb", - deyə məlumatda deyilir.
Qeyd edək ki, qarşıdan gələn seçkilər son üç ildə üçüncü olacaq.
Prezidentin parlamenti buraxmaq qərarı deputatların fevralın 11-də başlayan siyasi böhran fonunda Baş nazir Luiş Monteneqrunun rəhbərlik etdiyi hökumətə etimad göstərməkdən imtina etməsindən sonra verilib.