İstanbul bələdiyyəsi sədri vəzifəsini icra edəcək şəxs məlum olub.
Oxu.Az bu barədə "Haber Global"a istinadən xəbər verir.
Bildirilir ki, hazırda həbsdə olan bələdiyyə başçısı Ekrem İmamoğlunun səalyihhətlərini bələdiyyənin CHP-li məclis üzvü Nuri Aslan icra edəcək.
Qeyd olunur ki, İmamoğlu tərəfindən dünən əl yazısı ilə hazırlanan "vəkalət" sənədi bələdiyyənin dəftərxanasına təqdim edilib.