İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun saxlanılması ilə əlaqədar olaraq Ankara və İzmir şəhərlərində aksiyaların keçirilməsinə qadağa qoyulub.
Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə hər iki şəhərin valiliyi məlumat yayıb.
Belə ki, hər iki şəhərdə 21-25 mart tarixlərində istənilən toplantı, aksiya qadağan edilib.
Qeyd edək ki, bundan əvvəl İstanbulda 19-23 mart tarixlərində aksiya və toplantılara qadağa qoyulub.