kriminal.az
Sudanda hökumət ordusu prezident sarayına nəzarəti ələ keçirib

Martın 21-də Sudan ordusu paytaxt Xartumdakı prezident sarayına tam nəzarəti ələ keçirib.

Oxu.Az bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir.

Agentlik şəxsi mənbələrə istinadən bildirir ki, ordu sarayın yaxınlığında axtarış əməliyyatları aparır, üsyançı Çevik Reaksiya Qüvvələrini təqib edir.

Qeyd edək ki, 2023-cü il aprelin 15-dən Sudanda hökumət ordusu ilə üsyançı Çevik Reaksiya Qüvvələri arasında silahlı qarşıdurma gedir. Sudandakı vətəndaş müharibəsi artıq minlərlə insanın ölümü ilə nəticələnib.

Top
0.053096055984497