kriminal.az
Almaniya Rusiya neftini daşıyan tankeri müsadirə edib

Almaniya gömrükçüləri göyərtəsində təxminən 100 min ton neft daşınan "Eventin" tankerini müsadirə ediblər.

Oxu.Az bu barədə "Der Spiegel" jurnalına istinadən xəbər verir.

Almaniya Baş Gömrük İdarəsinin qərarı ilə tanker martın 14-də Almaniya dövlətinin mülkiyyətinə keçib. Tankerin göyərtəsində daşınan neftin dəyəri təxminən 40 milyon avro qiymətləndirilir.

Məlumat üçün əlavə edək ki, fevralın sonunda "Eventin" tankeri Rusiyanın kölgə donanmasının bir hissəsi kimi Avropa İttifaqının sanksiyalar siyahısına daxil edilib. Mənbə yazır ki, Almaniya hökuməti "Eventin" tankerini müsadirə etməklə Moskvaya siqnal göndərir ki, rəsmi Berlin Baltik dənizində Rusiya neftinin tranzitinə göz yummayacaq.

Top
0.055182933807373