Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun Şimali Koreya lideri Kim Çen Inla görüşü iki saatdan çox davam edib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
O qeyd edib ki, tərəflər Kim Çen Inın Rusiyaya və Rusiya Prezidenti Vladimir Putinin KXDR-ə səfərindən sonra qəbul edilmiş qərarların icrasının nəticələrini nəzərdən keçiriblər.
Bundan əlavə, tərəflər Şimali Koreya yarımadası da daxil olmaqla dünyanın müxtəlif regionlarında təhlükəsizlik məsələlərini müzakirə ediblər.