kriminal.az
Rusiyada anbarda güclü YANĞIN

Rusiyanın Mari El Respublikasının Privoljsk qəsəbəsində yerləşən anbarda güclü yanğın baş verib.

Kriminal.Az-ın xəbərinə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

"İki min kvadratmetr ərazini əhatə edən anbarda yanğın və güclü tüstülənmə müşahidə olunur", - deyə məlumatda qeyd edilir.

Yanğının söndürülməsinə 54 nəfər və 16 texnika cəlb olunub.

Top
0.05292797088623