Misir Qəzza zolağından olan fələstinliləri Sinay yarımadasının şimal hissəsində yerləşdirməyi planlaşdırmır.
Kriminal.Az-ın TASS-a istinadən bildirdiyinə görə, bu bəyanat Misirin dövlət məlumat xidməti tərəfindən yayılıb.
"Bir sıra KİV-də Misirin Qəzza zolağından 500 min sakini Sinayın şimalında yerləşdirməyi planlaşdırdığı iddiası yayılıb. Biz bunu qəti şəkildə təkzib edirik", - deyə məlumatda bildirlib.
Misir Prezidenti Əbdülfəttah əs-Sisi ölkəsinin Donald Trampın təşəbbüsü ilə Qəzzadan təxliyə edilən yarım milyon fələstinlini müvəqqəti qəbul etməyə hazır olacağını bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə Livanın "Əl Əxbar" qəzeti məlumat yayıb.
Eyni zamanda, digər mənbələr tərəfindən hələlik təsdiqini tapmayan xəbərdə fələstinlilərin Sinay yarımadasının şimalında onlar üçün xüsusi olaraq ayrılacaq bir şəhərə köçürüləcəyi bildirilir. Bu məqsədlə fələstinlilərin "Rəfah" keçid məntəqəsi vasitəsilə Misir ərazisinə girişinə icazə veriləcək.