Dünyanın ilk ateist dövləti elan edilən Albaniyanın paytaxtı Tiranada on minlərlə insan Ramazan bayramı namazı üçün növbəyə düzülüb.
Kriminal.Az-ın xəbərinə görə, bu barədə "Anadolu" Agentliyi məlumat verib.
Məlumata görə, Tiranada möminlər "Dine-Hoca" məscidini doldurublar. Həmçinin ölkənin digər şəhərlərindəki məscidlərdə də camaat namazı qılınıb.