Bəzi hallarda vaxtında dövlət ekspertizası ilə təsdiqlənməyən tikinti işləri aparılır.
Kriminal.az APA-ya istinadən xəbər verir ki, bunu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabat”ının müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
O qeyd edib ki, 16 auditdə əsaslı xərclər üzrə hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib: “Bunlar əsasən dövlət ekspertizasının rəyi ilə təsdiqlənmiş layihə üzrə müəyyənləşdirilmiş həcmdən artıq iş həcminin smeta sənədlərinə və müqavilənin qiymət cədvəlinə daxil edilməsi, layihə-smeta sənədlərinin hazırlanması zamanı çoxsaylı təhriflərə yol verilməsi, yerinə yetirilməyən işlərə görə vəsaitin ödənilməsindən ibarət olub”.