kriminal.az
Qızıl yenidən bahalaşdı

İyun qızıl fyuçersləri bütün zamanların ən yüksək səviyyəsinə yüksəlib.

Kriminal.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu “Comex” birjasının məlumatları sübut edir.

Belə ki, Bakı vaxtı ilə saat 17:38-ə olan məlumata görə, qızılın bir troy unsiyasının qiyməti 3438 dollara çatıb.

Qeyd edək ki, ötən həftə qızılın qiyməti tarixi maksimumunu yeniləyərək, bir troy unsiyası üçün 3 350 dollardan yuxarı qalxmışdı.

Top
0.054374933242798