İngiltərə Premyer Liqası (İPL) tarixində ilk dəfə olaraq aşağı liqaya düşəcək hər üç komanda finişə dörd tur qalmış müəyyənləşib.
Kriminal.az xəbər verir ki, 34-cü turda "Nyukasl"a məğlub olan "İpsviç" (0:3) İPL-də qalmaq şansını itirən üçüncü komanda olub.
İndiyə qədər turnir tarixində heç vaxt aşağı liqaya düşəcək hər üç komanda bu qədər erkən müəyyənləşməyib.
Xatırladaq ki, "Lester" aprelin 20-də 33-cü turun matçında "Liverpul"a uduzaraq (0:1) elit liqada qalmaq üçün riyazi şanslarını itirib. "Sauthempton" 31-ci turda "Tottenhem"ə uduzaraq (1:3) Premyer Liqa ilə vidalaşıb.
Qeyd edək ki, aşağı liqaya düşən hər üç komanda ötən mövsümün yekunlarına görə Çempionşipdən Premyer Liqaya yüksəlmişdi.(oxu.az)