kriminal.az
Azərbaycanda qablaşdırma üzrə yeni dövlət standartları qəbul edilib

Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) AZS EN 13429:2025 “Qablaşdırma – Təkrar istifadə”, AZS EN 13430:2025 “Qablaşdırma – Materialı təkrar emal edilə bilən qablaşdırmaya dair tələblər” və AZS 14182:2025 “Qablaşdırma – Terminologiya – Əsas termin və təriflər” yeni dövlət standartlarını qəbul edib.

Kriminal.az AZSTAND-a istinadən xəbər verir ki, standartların tətbiqində məqsəd təkrar istifadə oluna bilən qablaşdırmaların ətraf mühitə zərərli təsirlərinin minimuma endirilməsinə, o cümlədən material dövriyyəsinə yenidən inteqrasiya oluna bilən qablaşdırma miqdarını artırmaqla tullantı poliqon sahələrinin azaldılmasına nail olmaqdır.

Yeni dövlət standartları “Ekologiya” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK-09) müzakirəyə çıxarılıb və İnstitut onları qəbul edərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Standartlar ölkə Prezidentinin 23 yanvar 2023-cü il tarixli sərəncamı ilə təsdiqlənmiş “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”nın 8.2.2-ci bəndinin icra edilməsi məqsədilə Avrop Parlamenti və Şurasının 20 dekabr 1994-cü il tarixli 94/62/EC nömrəli “Qablaşdırma və Qablaşdırma Tullantıları haqqında” Direktivinin istinad standartlarının autentik tərcüməsi əsasında işlənib hazırlanıb.

Top
0.062583923339844