Türkiyənin Çanaqqala şəhərində sərnişin avtobusu, odun yüklü yük maşını və minik avtomobilinin toqquşması nəticəsində zəncirvari yol-nəqliyyat qəzası baş verib.
Kriminal.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, qəza nəticəsində 6 nəfər həyatını itirib. Çoxlu yaralının olduğu bildirilib.
Şahidlərin sözlərinə görə, toqquşma zamanı yük maşınında olan odunlar yola səpələnib.
Hadisə yerinə jandarma, polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanalara çatdırılıb. Qəza ilə bağlı araşdırma başladılıb.
Həmidə İbrahimova