ABŞ və Çin nümayəndə heyətləri İsveçrədə iki ölkə arasındakı gərgin ticarət münasibətlərini müzakirə etmək üçün görüş keçirirlər.
Kriminal.az xəbər verir ki, bu, ABŞ prezidentinin Çin məhsullarına 145% gömrük rüsumu tətbiq etməsindən sonra tərəflərin ticarət mövzusunda ilk rəsmi əlaqələridir.
Çin ABŞ-dən gələn məhsullara qarşı 125% gömrük rüsumu tətbiq edərək cavab tədbiri görüb.
Görüşdən ciddi irəliləyiş gözlənməsə də, hər iki ölkənin bir-birinin məhsullarına tətbiq etdiyi yüksək gömrük rüsumlarını azaltmalarına ümid bəslənilir.