kriminal.az
"Anası, atası, onun üçün müqəddəs olan hər şey..." - Erməni parlamentində "türk" sözü rezonansı

Ermənistanda hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı, sabiq səhiyyə naziri Arsen Torosyan 14 mayda Milli Məclisin tribunasından emosional çıxışı ilə gündəmə gəlib.

Kriminal.az xəbər verir ki, o, çıxışı zamanı hazırkı hakimiyyətin nümayəndələrini təhqir məqsədilə “türk” adlandıranlara qarşı sərt ifadələr işlədib:

512098

“Rəsmi şəkildə bəyan edirəm: bu, bütün keçmişlərə və sabah məni, komanda yoldaşlarımı və ya ümumiyyətlə kimisə təhqir məqsədilə "türk" adlandıracaq hər kəsə aiddir... Mən onun anasıyam, atasıyam, onun üçün müqəddəs olan hər şeyəm və ailəsiyəm,” – deyə deputat söyləyib və qürurla parlament tribunasını tərk edib.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan daha əvvəl dəfələrlə “türk” sözünün onun üçün təhqir xarakteri daşımadığını bildirib.

Top
0.059092044830322