kriminal.az
Mənuçehr Əhədpura "stop" qoyuldu, şirkəti isə...

İş adamı Mənuçehr Əhədpura məxsus şirkət riskli vergi ödəyiciləri siyahısına daxil edilib.

Kriminal.az qaynarinfo-ya istinadən xəbər verir ki, qanuni təmsilçisi Əhədpur Xangah Mənuçehr Əli oğlu olan "Az Universal Motors" MMC-nin Dövlət Vergi Xidmətinə 298.125,99 manat vergi borcu var.

Nizamnamə kapitalı 200 manat olan "Az Universal Motors" MMC-nin qanuni təmsilçisi iş adamı Mənuçehr Əhədpurun sözügedən borca görə ölkədən çıxışına məhdudiyyət qoyulub. 

İş adamının digər şirkətlərinə görə də külli miqdarda borcunun olduğu deyilir. 

Top
0.05691385269165