kriminal.az
Türkiyədə 5.2 ballıq zəlzələ

Türkiyədə 5.2 bal gücündə zəlzələ baş verib.

Kriminal.az xəbər verir ki, bu barədə Kandilli Rəsədxanası məlumat yayıb.

Konyada baş verən zəlzələnin Ankara və ətraf şəhərlərdə də hiss edildiyi bildirilib.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla  saat 15:46-da Konyanın Kulu rayonunda, 18.73 km dərinlikdə qeydə alınıb.

Billurə
 

Top
0.060177087783813