kriminal.az
Rusiya nümayəndə heyəti qəbuledilməz fikirlər səsləndirdi - Ukrayna XİN

İstanbuldakı danışıqlarda Rusiya nümayəndə heyəti həqiqətən də Ukrayna üçün qəbuledilməz olan bir sıra fikirlər səsləndirdi.

Kriminal.az xəbər verir ki, bu barədə İstanbulda keçirdiyi brifinqdə Ukraynanın Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixiy bildirib.

“Rusiya nümayəndə heyəti qəbuledilməz hesab etdiyimiz bir sıra fikirlər səsləndirdi. İnanın, 2014-cü ildən bəri ruslarla hər cür danışıqlarda böyük təcrübəmiz var. Çoxlu raundlar olub, ona görə də, deyərdim ki, Ukrayna nümayəndə heyəti o tərəfdən səsləndirilə biləcək hər şeyə necə cavab verməli olduğunu yaxşı bilir”, - o deyib.

Tixiyin sözlərinə görə, Ukrayna nümayəndə heyəti prinsipial mövqe nümayiş etdirərək və öz xəttinə sadiq qalaraq bu təkliflərə sakit reaksiya verib.

Top
0.067362785339355