Yeva Karpikau Rusiyanın Yekaterinburq şəhərindən olan 4 yaşlı sosial media fenomenidir.
Kriminal.az xəbər verir ki, o, "Forbes" jurnalının "Yeni media" kateqoriyası üzrə "30 yaşadək ən perspektivli rusiyalılar" siyahısına daxil edilib
Yevanın populyarlığı valideynlərinin idarə etdiyi Instagram hesabında paylaşdığı gündəlik həyatına dair videolar və onun uşaq baxış bucağından həyat, münasibətlər və sevgi haqqında düşündürücü fikirləri ilə artıb.
Cəmi dörd yaşı olmasına baxmayaraq hazırda onun 1 milyondan çox izləyicisi var və izləyicilər onun aydın və axıcı danışığını, həmçinin bloqunun fərqli və maraqlı konsepsiyasını yüksək qiymətləndirirlər.(milli.az)