kriminal.az
Bu ölkə Ukraynaya yeni hərbi yardım paketi hazırlayır - Zelenski açıqladı

Ukrayna Prezidenti Vladimir Zelenski Albaniyanın paytaxtı Tiranada Danimarkanın Baş naziri Mette Frederiksenlə görüşüb.

Kriminal.az xəbər verir ki, Zelenski görüşün nəticələri barədə "Telegram"da yazıb.

O, görüşün yaxşı keçdiyini bildirib:

"Hərbi dəstəyin davam etdirilməsi və Ukraynanın müdafiə-sənaye kompleksinə birbaşa investisiyalar barədə danışdıq. Danimarka ölkəmizə dəstək göstərən ölkələrdən biridir və Ukrayna üçün artıq 26-cı hərbi yardım paketini hazırlayır”.

Onun sözlərinə görə, tərəflər İstanbulda keçirilən danışıqları, ABŞ və Avropa tərəfdaşları ilə diplomatik səylərin koordinasiyasını da müzakirə ediblər.

Top
0.057141065597534